Tarif Şurası katibinin müavini qazi ilə əlbəyaxa olub - Hər iki tərəf döyüldüyünü deyir (YENİLƏNİB)
CƏMİYYƏT
27.04.2025, 12:55
Qubada fəaliyyət göstərən "Alma bağı" istirahət mərkəzində 44 günlük Vətən müharibəsi qazisinə qarşı hücumla nəticələnən kütləvi dava baş verib. Hadisə 2025-ci ilin 19 yanvar günü törədilib.
Mia.az xəbər verir ki, bu barədə “demokrat.az”a hücuma məruz qaldığını iddia edən qazi Kənan İsmayıllı özü məlumat verib.
Onun sözlərinə görə, "Alma bağı" istirahət mərkəzində olarkən, Azərbaycan Tarif Şurası katibinin müavini Ceyhun Nəcəfov və dostları tərəfindən ağır söyüşlərlə təhqir olunaraq, fiziki təzyiqə məruz qalıb.
Kənan İsmayıllı deyir ki, hadisə 20 Yanvar Faciəsinin ildönümündə, taksi sürücüsü işlədiyi zaman Qubaya sərnişin apararkən, orada qonaq olduğu "Alma bağı" istirahət mərkəzində baş verib:
"Orada istirahət edərkən, tanımadığım şəxslər yüksək tonla səs çıxararaq, qaldığım otağın qapısına hücum çəkdilər. Mən qapını açıb baxarkən, gördüm ki, sərxoş vəziyyətdə olan və sonradan adını öyrəndiyim Ceyhun Nəcəfov və yanında olan bir neçə şəxs məni təhqir edirlər.
Onlar daha sonra üzərimə hücum çəkdilər. Bu zaman mən yenə ağır söyüşlərlə təhqir olundum, fiziki təzyiqə məruz qaldım, bədənimin müxtəlif nahiyyələrindən ciddi xəsarətlər aldım. Daha sonra Quba rayon Polis Şöbəsinə gedərək, izahat verdim. İzahatımda Ceyhun Nəcəfovdan şikayətçi olduğumu qeyd etdim".
Kənan İsmayıllı 44 günlük Vətən müharibəsi zamanı xüsusi təyinatlı kimi ön cəbhədə iştirak etdiyini bildirib:
"Mən 44 günlük Vətən müharibəsi zamanı kəşfiyyatçı olaraq xidmət etdiyimə görə, cənab Prezident İlham Əliyev tərəfindən "Cəbrayılın azad olunmasına görə" və "Zəngilanın azad olunmasına görə"Azərbaycan Respublikasının medalları ilə, həmçinin "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunmuşam".
Məsələ ilə bağlı Azərbaycan Tarif Şurası katibinin müavini Ceyhun Nəcəfov telefon zənglərinə cavab verməyib.
***
Məsələ ilə bağlı Ajans.az-ın sorğusuna cavab verən Azərbaycan Tarif Şurası katibinin müavini Ceyhun Nəcəfovun hüquqlarının müdafiəçisi, Vəkillər Kollegiyasının üzvü Vüsal Mirzəyev bildirib ki, Ceyhun Nəcəfov cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb və istintaq davam edir:
“Video görüntülər və digər məlumatlar, digər sənədlər barədə ictimaiyyətə yalnız istintaq bitdikdən sonra lazımi qaydada məlumat veriləcək. Düşünürəm ki, məhkəmə qapalı iclas keçirməyəcək, hamı üçün açıq olacaq. Lazım olan məlumatlarla məhkəmə istintaqı zamanı tanış ola bilərsiz. Bundan əlavə nəzərinizə çatdırım ki, hadisə zamanı iddia olunur ki, Ceyhun Nəcəfov içkili olub. Lakin, qətiyyən bu belə deyil. Bununla bağlı ekspertiza keçirilib. Hadisə barədə məlumatı verən və iddia edən şəxs cinayət işində təqsirləndirilən şəxs qismində cəlb edilib. Bu hadisədə özü və onun dostu, bundan əlavə yanında başqa insanlar da olub. Bu barədə tam açıqlama verə bilmirəm, amma zamanı gələndə istəsəniz məhkəmədə iştirak edərsiz ictimailəşdirərsiz. Bu adam təqsirləndirilmiş şəxs qismində cəlb olunub və məlum olub ki, hadisə törədilmədən əvvəl 102 xidmətinə onlar barəsində şikayət edilib. Lakin, həmin şəxs bunlara məhəl qoymayaraq, xuliqanlıq cinayəti törədib. Əlavə olaraq, qarşı tərəfə ağır xəsarətlər yetirib.”
Ağır xəsarətlər aldığı deyilən Tarif Şurası katibinin müavini Ceyhun Nəcəfovun əməliyyatı və müalicəsi Bakıda olub və bitib.
MİA.AZ


Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
“Azercell” milli rəqəmsal ekosistemin gücləndirilməsinə strateji töhfəsini davam etdirir
Bugün, 20:57 İQTİSADİYYAT
-
Sabah bu yollar bağlanacaq
Bugün, 20:47 GÜNDƏM
-
Pakistan Əfqanıstana zərbələr endirdi
Bugün, 20:28 DÜNYA
-
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - Prezident və Baş nazirdən birgə mesajlar + FOTOLAR (YENİLƏNİB)
Bugün, 19:23 GÜNDƏM
-
İsmayılovun biri getdi, digəri gəldi - Nazir həbsxana rəisləri barədə əmr imzaladı
Bugün, 18:56 GÜNDƏM
-
Türkiyə Quru Qoşunları komandanı Bakıya gəlib
Bugün, 18:27 GÜNDƏM
-
Hakan Çalhanoğlu DÇ-2026-ya gedə biləcəkmi?
Bugün, 18:03 İDMAN
-
Nazir, komitə sədri və... - Onların qəbul günləri + CƏDVƏL
Bugün, 17:58 GÜNDƏM
-
Nazirlər Kabineti Aİ-92 benzin və dizel yanacağı barədə yeni qərar verdi
Bugün, 17:58 İQTİSADİYYAT
-
Putin XİN başçısı ilə görüşdə elə mesaj verdi ki… - “Rusiya regiondakı digər ölkələrin maraqlarına uyğun hər şeyi edəcək” (FOTOLAR)
Bugün, 17:42 GÜNDƏM
-
Türkiyədə ard-arda zəlzələlər oldu
Bugün, 17:36 GÜNDƏM
-
"Həzi Aslanov" stansiyasının divarı yararsız vəziyyətə düşüb - FOTOLAR
Bugün, 17:15 GÜNDƏM
-
Çexiyanın Baş naziri Azərbaycanda - Prezidentlə görüş oldu + FOTOLAR (Yenilənib)
Bugün, 17:07 GÜNDƏM
-
Məşhur müğənni: “Xain oğlu, xainsən!”
Bugün, 17:03 ŞOU-BİZNES
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Məşhur qəssabın qardaşı tutuldu – Fahişə biznesinə görə
Bugün, 16:53 KRİMİNAL
-
Dolu düşəcək - Daha bir xəbərdarlıq
Bugün, 16:45 GÜNDƏM
-
Livan prezidenti İran və “Hizbullah”a qapıları bağladı: “Bu, savaş bizim deyil..."
Bugün, 16:33 DÜNYA
-
İsrail Livana hava hücumları başladıb
Bugün, 16:26 DÜNYA
-
ONLAR MSK ÜZVLƏRİ, MƏZAHİR PƏNAHOV İSƏ SƏDR SEÇİLDİ - YENİLƏNİB
Bugün, 16:17 SİYASƏT
-
ETN-də dəyişiklik - Qrup rəhbəri vəzifədən azad edildi
Bugün, 16:16 SİYASƏT
-
70 kq qızılla saxlanılan hərbi attaşeyə hökm oxundu - 6 il
Bugün, 16:09 KRİMİNAL
-
Nazirlikdən hava ilə bağlı - Xəbərdarlıq
Bugün, 16:01 GÜNDƏM
-
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
Bugün, 15:54 İQTİSADİYYAT
-
Prezidentin adından Çexiyanın Baş nazirinin şərəfinə rəsmi lanç verilib - Qəbələdə + FOTOLAR
Bugün, 15:47 GÜNDƏM
-
BORC MİRASI... - Ali Məhkəmə daha bir mübahisəli vəziyyətlə bağlı vahid qərar verdi
Bugün, 14:49 KRİMİNAL
-
Milyonların sükutu və ya milyonlar hara gedir?
Bugün, 14:43 CƏMİYYƏT
-
QAZ SAYĞACLARI DƏYİŞİR - "Ağıllı Qaz Şəbəkəsi İdarəetmə Sistemi", yoxsa...
Bugün, 14:37 İQTİSADİYYAT
-
Rəsmi Tehrandan ABŞ-a açıq mesaj: “Başqa çarəniz yoxdur, şərtlərimizi qəbul etməlisiniz”
Bugün, 13:49 GÜNDƏM
-
Milli Məclis Prezidenti təbrik edib
Bugün, 13:31 SİYASƏT
-
"Maliyyə icarəsi haqqında" qanun layihəsi qəbul olunub
Bugün, 13:20 İQTİSADİYYAT
-
DİM: "Gələn il buraxılış imtahanında şagirdlərə əlavə vaxt veriləcək"
Bugün, 13:03 GÜNDƏM
-
Narkoloji xəstələrin işə qəbulu... - Yeni qanunda nə deyilir?
Bugün, 12:50 CƏMİYYƏT
-
Paşinyan: "Ermənistan və Azərbaycan arasında..."
Bugün, 12:45 SİYASƏT