Məcburi köçkünlər qəsəbəsində dava - Bıçaqlanan var

img

25-05-2017 [10:39]


Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Mia.az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə məcburi köçkünlər üçün salınan yeni qəsəbədə qeydə alınıb.

Həmin qəsəbədə yaşayan 1994-cü il təvəllüdlü Samir Xəlilov bıçaqlanıb. O, ağır vəziyyətdə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Samir Xəlilovun kimin tərəfindən və hansı səbəbdən bıçaqlandığı məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA