"Amma o 100 minlə bu 100 min eyni deyil" - Nazir İslamiadaya xərclənən pullardan danışdı

img

23-05-2017 [16:58]


"Komandaların hər birinə 100 min, məşqçiyə isə 50 min manat veriləcək. Amma fedrasiyalar deyib ki, onlar özləri də hər bir idmançıya ayrıca mükafat verəcəklər. Biz "Bakı 2015" I Avropa Oyunlarında da eyni məbləğdə mükafat vermişdik. Amma o 100 minlə bu 100 min eyni deyil".

Bunu gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov bu gün İslamiadanın yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Nazir bildirib ki, büdcədə açılış və bağlanışa 20 milyon manat nəzərdə tutulub:

"Lakin xərclər tam hesablanmayıb, ona görə bu barədə tam məlumat veriləcək".



Digər xəbərlər
SON XƏBƏRLƏR