Prokuror “Elməddin Vasmoyski”yə 8 il həbs istədi - Məhkəmə prosesi

img

23-05-2017 [13:22]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Elməddin Fərzəliyevin cinayət işi üzrə məhkəmə davam etdirilib.
 
APA-nın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Dövlət ittihamçısı Elməddin Fərzəliyevin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
Daha sonra təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov müdafiə çıxışı edib. O bildirib ki, təqsirləndirilən şəxsə verilən ittihamlar doğru deyil, bu səbəbdən barəsində bəraət hökmü çıxarılmalıdır.
 
Məhkəmə prosesi mayın 26-da davam edəcək.

Qeyd edək ki, Elməddin Səfərov kriminal aləmdə "Elməddin Vasmoyski” kimi tanınır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA