Bakıda zavodda partlayış - 1 nəfər ölüb, biri yaralanıb

img

20-05-2017 [17:57]


 Bakıda zavodda partlayış hadisəsi baş verib.

Hadisə bu gün saat 14:00 radələrində paytaxtın Nərimanov rayonundakı Bakı Mexaniki Tökmə Zavodunda baş verib. Kislorod balonlarında baş verən qəfil partlayış nəticəsində xəsarət alan 1986-cı il təvəllüdlü Məmmədov Zamiq Qəhrəman oğlu dünyasını dəyişib, qardaşı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət işi başlanıb, araşdırma aparılır.

Məlumata görə, ölən və xəsarət alan qardaşlar zavoda qaz balonlarını doldurmağa gəlibmiş. Həmin vaxt zavodda partlayış baş verib. (Trend)

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA