18-05-2017 [12:17]
Avropa Parlamentinin Xarici İşlər Komitəsinin sədri David MakAllisterin (EPP, DE) rəhbərliyi altında nümayəndə heyəti mayın 22-25-də Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məılumata görə, səfər zamanı nümayəndə heyəti Prezident, spikerlər, iqtidar, eləcə də müxalifət partiyalarından olan parlament üzvləri və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə görüşlər keçirəcək.
Avropa Parlamentinin 8 üzvü Aİ ilə Ermənistan arasında yeni sazişə dair əldə edilmiş razılığı, Aİ ilə Azərbaycan arasında yeni saziş ətrafında aparılan danışıqların gedişatını, Aİ ilə Gürcüstan arasındakı münasibətlərin dərinləşməsi məsələsi nəzərdən keçirəcək.
D. MakAllister səfərqabağı bildirib ki, həmkarları və o, Azərbaycan, Gürcüstan və Ermənistana gələn həftə baş tutacaq səfəri səbirsizliklə gözləyir: "Bu region Avropa İttifaqı üçün böyük əhəmiyyət kəsb edib, Şərq Tərəfdaşlığı siyasətimizin əsas tərəf müqabilidir. Əsasən sülh, təhlükəsizlik və ticarətin təşviq olunması baxımından bir çox birgə maraqlarımız var. Xüsusilə demokratiya, qanunun aliliyi, yaxşı idarəetmə, insan hüquqları və fundamental hüquqlar kimi dəyərlərimizi qorumalıyıq, çünki əməkdaşlığımızı daha da dərinləşdirməyə çalışırıq".
D. MakAllisterdən başqa, AP nümayəndə heyətinə yeddi parlament üzvü daxildir - László Tokes (EPP, HU), xanım Željana Zovko (EPP, HR), Andrejs Mamikins (S&D, LV), Angel Dzhambazki (ECR, BG), Ivo Vajgl (ALDE, SL), Helmut Scholz (GUE/NGL, DE) və parlamentlərarası nümayəndə heyətini təmsil edən, xamım Heidi Hautala (Greens, FI).
Nümayəndə heyəti mayın 22-də Azərbaycana səfər edib, hakimiyyət dairələri, o cümlədən prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov və parlament üzvləri, eləcə də vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşməyi planlaşdırır.
Avropa Parlamentinin üzvləri mayın 23-də Gürcüstana, mayın 25-də isə Ermənistana səfər edəcək.
Məlumatda o da bildirilir ki, hazırda Aİ yeni sazişlər vasitəsilə Ermənistan və Azərbaycanla öz münasibətlərini yenidən formalaşdırır ki, Ermənistanla aparılan danışıqlar yeni başa çatıb, Azərbaycanla isə yeni başlayıb.
Parlament üzvlərinin səfəri zamanı əldə edilən məlumatlar Avropa Parlamentinin hesabatında və bu sazişlərə dair bu ilin sonunda hazırlanacaq tövsiyələrdə istifadə olunacaq.
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR