İnterpol keçmiş prezidenti axtarışa verdi – Fırıldaqçılığa görə

img

16-05-2017 [18:07]


Keçmiş ittifaq dövləti Serbiya və Çernoqoriyanın sabiq prezidenti Svetozar Maroviç beynəlxalq axtarışa verilib.

TASS xəbər verir ki, İnterpolun Podqoritsadakı Milli Bürosu məhkəmə qərarı əsasında S.Maroviçin həbsi üçün beynəlxalq order verib.

Order daha əvvəl 3 il 9 ay müddətinə həbs cəzasına məhkum edilən Maroviçin cəzasını çəkməsi üçün ortaya çıxmaması ilə bağlı verilib.

Qeyd edək ki, S.Maroviç sabiq ittifaq dövlətinin yarandığı 2003-cü ildən onun parçalandığı 2006-cı ilə qədər Serbiya və Çernoqoriyanın prezidenti vəzifəsini tutub.

O, Budva turizm şəhərində tikinti layihələri ilə bağlı fırıldaqçılıqda ittiham olunan zaman 1,1 milyon avro ödəyəcəyini və 100 min avro məbləğində vəsaiti xeyriyyə məqsədilə ayıracağını vəd edərək istintaqla anlaşma əldə edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA