Azərbaycanda "reket" baş redaktor həbs olundu

img

12-05-2017 [14:33]


Ağdamda şantajla məşğul olan baş redaktor tutulub.

Mia.az saytı Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, mayın 10-da vətəndaş R.Qasımov Ağdam RPŞ-yə müraciət edərək özünü jurnalist kimi təqdim edən Etibar adlı şəxsin ona zəng edərək barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəldiyini deyib. R. Qasımov həmin şəxsin ondan 150 manat pul verməsini tələb etdiyini bildirib.

Ağdam RPŞ-nin əməkdaşları tərəfindən görülən tədbirlərlə zəng edərək hədə-qorxu gəlməkdə şübhəli bilinən "Xəbər var” qəzetinin baş redaktoru, əvvəllər məhkum olunmuş Etibar Əliyev tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA