"JEK" rəisinə 10 il iş verildi - Məhkəmə qərarı

img

12-05-2017 [12:15]


Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Namiq Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Namiq Quliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Namiq Quliyev Nərimanov rayonunda yerləşən mənzil istismar sahələrindən (MİS) birinin müdiri olub. O, torpaq sahələri özəlləşdirmək adı ilə vətəndaşlardan 400 min manat alaraq, verdiyi vədə əməl etməyib.
 
Zərərçəkənlərin şikayəti əsasında Namiq Quliyev həbs edilib. O, Cinayət Məcəlləsinin 178.3.2(külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA