Rusiyada polis postuna hücum olub - İki basqınçı öldürüldü, bir polis yaralandı

img

12-05-2017 [10:38]


Rusiyanın İnquşetiya Respublikasının Malqobes rayonunda polis postuna hücum edən iki nəfər öldürülüb.

"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirlikdən bildirilib ki, mayın 12-də gecə saatlarında naməlum şəxslər Rusiya Daxili İşlər Nazirliyinin Malqobes nəzarət-buraxılış postunu atəşə tutub. 

Atışma nəticəsində basqın edən iki nəfər öldürülüb, bir polis baş çavuşu isə yaralanıb.

Məlumata görə, hadisə yerində araşdırma aparılır, hücum edənlərin kimliyi müəyyənləşdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA