Polis polkovniki jurnalisti məhkəməyə verdi - Tutdurmaq istəyir

img

11-05-2017 [15:21]


Cəlilabad rayon Polis Şöbəsinin rəis müavini, polkovnik Eldar Səfərov jurnalist Anar Məmmədliyə qarşı xüsusi ittiham qaydasında şikayət verib.

Mia.az Qaynarinfo-ya istinadən xəbər verir ki, A.Məmmədlinin rəhbəri olduğu criminal.az saytında 2016-cı il noyabrın 26-da yayımlanan "Polis polkovnikinə qarşı şok iddia - ''Narkotik satanları o himayə edir” başlıqlı yazı məhkəmə predmetinə çevrilib.

Yazıda qeyd olunub ki, şikayətçi Vüqar Atayev polkovnik Eldar Səfərovun narkotik alverçilərini himayə etdiyini iddia edir.

Baş redaktor A.Məmmədli bildirib ki, E.Səfərovun onun həbsi üçün Yasamal rayon məhkəməsinə müraciət edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA