11-05-2017 [12:12]
Xəbər verdiyimiz kimi, bu il keçirilən qəbul imtahanlarının ilk mərhələsində bütün qruplar üzrə 10 abituriyent yüksək nəticə göstərərək 700 bal toplayıb.
Belə olan halda təhsil ictimaiyyəti keçid ballarının artacağını proqnoz edir. Bəs, keçid ballarının artması mümkündürmü?
"Qafqazinfo” bu sualla təhsil eksperti Kamran Əsədova müraciət edib.
O, qeyd edib ki, bu il qəbul imtahanlarında iştirak etmək üçün sənəd təqdim edən abituriyentlərin sayı əvvəlki illərlə müqayisədə ciddi şəkildə azalıb: "Lakin bunun müqabilində ali məktəblərin qəbul plan yerlərində azalma yox, əksinə artma qeydə alınıb. Hazırda ali təhsil müəssisələrinin bakalavr pilləsinə 40 minə yaxın qəbul plan yeri ayrılıb. Bu, əvvəlki illərlə müqayisədə çoxdur. Lakin abituriyentlərin sayında azalma müşahidə olunduğundan ballarda kəskin şəkildə artım ola bilməz.
Düzdür, keçən ildən fərqli olaraq abituriyentlərin bu il seçdikləri ixtisas qrupu üzrə iki dəfə imtahan vermək şanslarının olması bu il müsabiqəyə qatılmaq istəyən şəxslərin sayında artım olacağından xəbər verir. Bu da yenədə qəbul şansının azalması demək deyil.
III və IV qrupda plan yeri və sənəd təqdim edən abituriyentlərin sayındakı yaxınlıq onu deməyə imkan verir ki, bu qruplarda keçid balı toplayan və düzgün ixtisas seçimi edən bütün abituriyentlər ali məktəblərə qəbul olacaqlar.
Amma əvvəlki illərdən fərqli olaraq, keçirilən imtahan nəticələri onu deməyə imkan verir ki, bu il dövlət sifarişli ixtisaslar üzrə müsabiqə ballarının ciddi şəkildə artması ilə müşahidə olunacaq”.
Onun sözlərinə görə, 2016-cı ilin xoş olmayan təcrübəsindən dərs çıxarmayan özəl universitetlər bu il qəbulla bağlı problem yaşaya bilər:
"Belə ki, təhsil haqlarının çoxluğu səbəbindən keçid balı toplayan abituriyentlər bu universitetləri seçmədilər və nəticədə özəl universitetlərdə böyük sayda plan yeri boş qaldı. Hətta sonradan ikinci yerləşdirmə zamanı bu universitetlər tələbələri cəlb etmək üçün müəyyən güzəştlər tətbiq etsələr də, bunun heç bir əhəmiyyəti olmadı. Ona görə də, hesab edirəm ki, universitetlər qəbul imtahanlarında iştirak edən abituriyentlərin sayını və plan yerlərini nəzərə alaraq indidən müəyyən ciddi tədbirlər həyata keçirməlidirlər. Yoxsa, onları ciddi təhlükə gözləyir”.
K. Əsədov eyni zamanda son beş ildə qruplar üzrə 700 bal toplayan abituriyentlərin statistikası ilə bağlı da "Qafqazinfo”ya məlumat verib.
O, xatırladıb ki, 2013-2014-cü tədris ilində III və IV qrup üzrə 6 abituriyent maksimal nəticə göstərərək 700 bal toplayıb, I ixtisas qrupu üzrə ən yüksək nəticə 695 bal, II ixtisas qrupu üzrə isə 690 bal olub. Qəbul imtahanında 96720 abituriyent iştirak edib.
2014-2015-cü tədris ilində I ixtisas qrupu üzrə 5 nəfər, IV ixtisas qrupu üzrə 2 nəfər maksimum nəticə - 700 bal toplayıb. II ixtisas qrupu üzrə 2 nəfər ən yüksək nəticə - 700 bal toplayıb. III qrupda maksimum nəticə olmayıb. Qəbul imtahanında 92641 abituriyent iştirak edib.
2015-2016-cü tədris ilində imtahanda I ixtisas qrupu üzrə 7, IV ixtisas qrupu üzrə isə 2 abituriyent ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb. İmtahanda II ixtisas qrupu üzrə 3, III ixtisas qrupu üzrə isə 3 abituriyent ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb. Qəbul imtahanında 82925 abituriyent iştirak edib.
2016-2017-cü tədris ilində imtahanda I ixtisas qrupu üzrə 3 oğlan abituriyent, IV ixtisas qrupu üzrə isə 2 oğlan, 1 qız olmaqla ümumilikdə 6 abituriyent ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb. II ixtisas qrupu üzrə 2 abituriyent, III ixtisas qrupu üzrə də 2 abituriyent maksimum nəticə - 700 bal toplayıb. Qəbul imtahanında 78545 abituriyent iştirak edib.
2017-2018-cü tədris ilində imtahanda II ixtisas qrupu üzrə 2 abituriyent, II ixtisas qrupu üzrə isə 1 abituriyent . İmtahanda I ixtisas qrupu üzrə 5 abituriyent, IV ixtisas qrupu üzrə isə 2 abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb”.
Statistikadan belə nəticəyə gəlmək mümkündür ki, son 5 ildə 400 minə yaxın abituriyentin cəmi 50 nəfəri qəbul imtahanında maksimum nəticə əldə edib.
Məşhur aktyor 53 yaşında vəfat etdi
"Karvan"da baş məşqçi və məşqçilər təyinatı olub
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətti” 2025-ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb
I Qarabağ müharibəsində itkin düşmüş daha bir şəhidin şəxsiyyəti müəyyənləşdi - FOTO
“Qumar kralı”nın adamları azadlığa çıxdı - 8 illik hökm ləğv edildi
Rusiyalı MMA döyüşçüsü küçədə güllələndi - Anbaan VİDEO
Bakir Səfərovla bağlı daha bir qərar verildi
Kamal Kılıçdaroğlu Dövlət Baxçalıya zəng etdi - "Təşəkkür edirəm"
Arvad 37 yaşlı ərini bıçaqlayıb
Berdiməhəmmədov Bakıda belə qarşılandı - FOTO
Çanaqqalada meşə yanğını... - 4 kənd boşaldılıb, bəzi evlər yanıb, heyvanlar tələf olub
Mənzurə Musayeva 45 yaşında kişiyə ərə gedir: “Bəs qədər pulu, var-dövləti, iki-üç maşını, dörd-beş evi...
"Pulsuz kimsə istəyirsə, DİM-ə müraciət edə bilər” - İxtisas seçimi həyəcanı başlayır
İsrail Qəzzanı səhərədək bombalayıb - 50-dən çox ölən var
Özünü yorma, kişi, mən düzələn zad deyiləm… - Təbriz VƏFALI YAZIR
Azərbaycanla Çin arasında viza rejimi ləğv edilib
Milli-mənəvi dəyərlər və müasirlik
Netanyahu Suriyanı təhdid etdi: "Dərs çıxarın, yoxsa..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ağ Evin bağçasına giriş qadağan olunub
Ərəb Liqasından etiraz: "İsrailin fələstinlilərı kiçik əraziyə toplamaq planı qəbuledilməzdir"
"Azərbaycan yaxın zamanda “İbrahim Sazişləri”nə qoşulması..." - ABŞ Senatında müzakirə
Türkiyə 41 universitetin diplom və attestatlarını tanımır - Aralarında Azərbaycanın da adı var
Cəlilabadda meşədə yanğın lokallaşdırılıb
İsrailli nazir Suriya prezidentinə sui-qəsdə çağırış elədi: "O, dərhal ortadan götürülməlidir"
İsrail Livanı yenə vurdu: daha 12 nəfər ölüb, yaralılar var
Ruben Vardanyan Bakıda hakim qarşısında: zərərçəkmiş şəxslər ifadə veriblər (YENİLƏNİB)
Qəzzada daha 93 nəfər ölüb
BƏƏ prezidenti Türkiyəyə gəlir
Keçmiş futbolçu AFFA-da şöbə rəisi təyin olunub
Bakda Avropa Kuboku keçiriləcək
Daha iki sığorta şirkəti qanunu pozub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xırdalanda işıq olmayacaq
"Zirə” klubu Yusuf Lavalla yollarını ayırıb
“Rabitəbank"da nə baş verir: depozitlər azalır, səhmdar payını satır və... (YENİLƏNİB)
Sabah Sabirabad rayonunun 21 kəndində qaz olmayacaq
UEFA Azərbaycanın 9 klubuna pul köçürüb
ABŞ-ın bu ştatında fövqəladə vəziyyət elan olunub
Daha bir haker qandallandı - Ələ keçirdiyi şəxsi məlumatları xarici kiberbunkerlərə ötürürmüş...
Kamran Əliyev bu gün daha iki prokuror təyinatı imzalayıb
İordan çayının qərb sahilində 35 nəfər saxlanılıb