Sünnət zamanı azyaşlının ölməsilə bağlı cinayət işi açıldı

img

08-05-2017 [15:17]


Masallı rayonunda sünnət zamanı azyaşlının ölməsilə bağlı cinayət işi açılıb.

Masallı Rayon Prokurorluğundan  verilən məlumata görə, mayın 3-də Masallı rayon Musaküçə kənd sakini, azyaşlı Hüseynov Kənan Abutalıb oğlunun Masallı Rayon Mərkəzi Xəstəxanasında vəfat etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla müəyyən edilib ki, 2012-ci il təvəllüdlü Kənan Hüseynov qeyd edilən tarixdə saat 14 radələrində yaşadığı evdə əvvəllər cərrah işləmiş, 2016-cı ilin aprel ayından təqüddə olan həkim Ramiz Sadıqov tərəfindən sünnət olunarkən halı pisləşib və rayon mərkəzi xəstəxanasına aparılmasına baxmayaraq orada vəfat edib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. K.Hüseynovun ölümünün səbəblərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA