Pois əməliyyatı: - Narkotik bitki becərən üç nəfər tutulub, ikisi keçmiş məhkumdur

img

08-05-2017 [14:18]


Qax rayonunda narkotik bitki becərən üç nəfər tutulub, saxlanılanlardan ikisi keçmiş məhkumdur.
 
Qax rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə,  rayon ərazisində narkotik tərkibli bitkilərin əkib-becərilməsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil edilməsi istiqamətində əməliyyat-axtarış tədbiri keçirilib.
 
Tədbir zamanı rayonun Almalı kənd sakini Süleyman İsa oğlu Süleymanov, Balakən rayonunun Mahamalar kənd sakinləri - İsa İslam oğlu Muradov və Abdulla Məhəmməd oğlu Osmanovun Qaxın Əlibəyli kəndi ərazisində, meşə sahəsində  xüsusi qaydada əkdikləri 130 ədəd narkotik tərkibli bitki hesab edilən çətənə kolu polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.
 
Onların üzərinə baxış zamanı, İsa Muradovun çantasından 0.92 qram, cibindən isə 7.30 qram qurudulmuş marixuana aşkarlanıb. Abdulla Osmanovun üzərindən isə beşbarmaq götürülüb.
 
Saxlanılanlardan Abdulla Osmanov və Süleyman Süleymanov əvvəllər də məhkumluq həyatı yaşayıblar. 
 
Faktla bağlı Qax RPŞ-də araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA