Baş həkimin polis oğlu "Porsche"ni parka vurdu, qəzada öldü - VİDEO

img

06-05-2017 [15:18]


Xəbər verdiyimiz kimi, Qazaxdan Bakı istiqamətinə hərəkətdə olan "Porsche" markalı maşın Tovuzda Qəhrəmanlar parkının giriş hissəsinə çırpılıb. 

Nəticədə avtomobilin sürücüsü, Hacıqabul rayon polis şöbəsinin əməkdaşı Zakir Qəhrəmanov dünyasını dəyişib.

Nəqliyyat vasitəsində olan sərnişinlər Tovuz Rayon Polis Şöbəsinin Qovlar polis bölməsinin əməkdaşı, Alakol kənd sakini, Nurxan Hüseynov və onun həmkəndlisi Azad Fətullayev müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti orta-ağırdır.

Qeyd edək ki, Zakir Qəhrəmanov "Nərgiz” klinikasının baş həkimi Məlahət Qəhrəmanovanın oğludur.

Mia.az ARB 24-ə istinadən qəzanın görüntülərini təqdim edir:





Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA