Biznesmen oğlunun törətdiyi hadisəyə görə cinayət işi açılıb - Yol polisi hələ gözləyir

img

05-05-2017 [16:14]


Mayın 3-də Bakı şəhərinin Sabunçu rayonu ərazisində hərəkətdə olan "Porsche” markalı 99 BS 999 dövlət qeydiyyat nişanlı avtomobilin gənc qadını vurub öldürməsi hadisəsi cəmiyyətdə geniş müzakirə olunur. 

Hadisəni tərədən 15 yaşlı Ağəli Fərəcov biznesmen Fərəc Fərəcovun oğludur. Çoxları onun cinayət məsuliyyətindən kənar tutulacağını düşünür.

Məsələ ilə bağlı modern.az-a danışan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, insan ölümü olduğu üçün cinayət işi açılıb.

"Cinayət işi qaldıranda təbdir görülür. Cinayət işi tam araşdırılandan sonra bu barədə ətraflı məlumat veriləcək”.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA