04-05-2017 [23:07]
İqor Qaşkov, ria.ru
Ağ Evin baş müşaviri, prezident Donald Trampın kürəkəni Cared Kuşner multimilyarder Corc Sorosun maliyyə tərəfdaşı çıxıb. "The Wall Street Journal” nəşrinin məlumatına görə, qurucusu Kuşner olan "Cadre" şirkəti, təxminən, dörddə birini Sorosun təqdim etdiyi bir milyard dollarlıq borc cəlb edib. Kuşner maqnatla əlaqələri haqda əvvəllər ictimaiyyətə məlumat verməyib. Kuşnerin Ağ Evdə karyera irəliləyişi zamanca Rusiya və NATO-ya baxışlarını dəyişən Amerika liderinin "təkamülü” ilə əlaqəli baş verib.
Cared Kuşner də qaynatası kimi daşınmaz əmlak sahəsində bizneslə məşğul olur. Kuşnerin özü, qardaşı Coşua və işgüzar tərəfdaşı Rayan Uilyamsın qurduğu "Cadre" firmasının sərəncamında 100 milyon dollarlıq kapital var. Corc Soros artıq erkən mərhələdə Kuşnerlərin layihəsinin yatırımçısı kimi çıxış edib və müəssisənin dövriyyə kapitalını artırmağa ehtiyac olarkən borc verib. Kuşnerlər Sorosdan başqa məşhur "Goldman Sachs" bankı daxil olmaqla bazarın daha 19 iştirakçısından borc alıblar.
Kuşnerlərin biznes layihələrinin təşkilatçısı eyni zamanda Donald Trampın kampaniyasına qatılmasaydı, ümumi məqbul çərçivədən kənara çıxmazdı. Gələcək prezident sadə seçiciyə düşmən olan maliyyə dünyasını təcəssüm etdirən Sorosun obrazından özünün prinsipal düşməni kimi fəal şəkildə yararlanıb. Deməli, Trampın qərargahı 2016-cı ildə Sorosa qarşı maliyyəçinin fotoşəkillərinin videosırada istifadə edildiyi çarx buraxıb. Gələcək prezident kadr arxasından şərh edib: "İsteblişmentin bu seçkilərə trilyonlarla dolları qoyulub. Hamısı da onların özəl kürəsəl maraqları üçündür”.
Maliyyə maqnatı borclu qalmayıb. Soros təkcə Hillari Klintonun 13 milyon dollar ianə etdiyi kampaniyasına qoşulmayıb, həm də açıq şəkildə Trampı yalançı adlandırıb. Qalmaqallı bəyanat milyarderlər arasında savaşın yeni dalğasına səbəb olub: Trampa dost KİV-lər ABŞ prezidentinə etiraz edən mülki fəalları bunda ittiham edib ki, Soros tərəfindən satın alınıblar.
Tutarsız bəraətlər
Trampın kürəkəni ilə prezidentin prinsipal əleyhdarı arasındakı məxfi əlaqələr indiki Amerika administrasiyasının obrazına Rusiya ilə dostluq ittihamı qədər ziyan vura bilər. 86 yaşlı Soros Amerika sağçıları və ultrasağçıları üçün solçu liberal siyasətin canlı təcəssümüdür və onların hesab etdiyi kimi, ənənəvi dəyərlərin dağılması və İsraillə ənənəvi əlaqələrin ziyanına olaraq qeyri-sabit, etibarsız müttəfiqlərə dəstəyə yönəlib.

Məşhur milyarder Corc Soros
Kuşnerin çevrəsində, demək olar, dərhal bəraət cəhdi göstəriblər. Məmurun təmsilçisi, vəkil Ceymi Qorelik bildirib ki, onun qəyyumluğunda olan şəxs "Cadre" şirkətindəki payını "azaldıb”, bundan başqa isə direktorlar şurasından çıxıb. Lakin buradan nəticə çıxır: Sorosla əlaqələri kəsməyib.
2017-ci ilin fevral-martında KİV-ə guya Ağ Evdə Cared Kuşnerlə Donald Trampın keçmiş baş ideoloqu Stiven Bennon arasında baş vermiş münaqişə haqda sızıntı daxil olub. Bu məlumatlara görə, Kuşner Bennonu Trampın çevrəsindən sıxışdırıb. 2017-ci ilin aprelində bu məlumat dolayısı ilə təsdiqlənib: keçmiş baş müşavir ABŞ Təhlükəsizlik Şurasında yerini itirib.
KİV-ə sıçrayan məlumatlara görə, guya, Bennon çığır-bağır zamanı Kuşnerə bildirib ki, onların arasında "heç bir razılaşma ola bilməz, çünki birimiz respublikaçı, o birimiz isə demokratıq”.
Bennon Kuşneri demokrat sayıb
Trampın çevrəsində kürəkənin nüfuzu artdıqca Suriyada bombardman aparmaq haqda qərarın, guya, onun qızı İvankanın təsiri ilə qəbul edildiyi barədə məlumatı tutuşdurmağına dəyər. Cared Kuşner də siyasətçinin məhz böyük qızının əridir.
Getdikcə daha çox Kuşner, daha az keçmiş Tramp
Donald Trampın siyasi ritorikasının dəyişilməyi, beynəlxalq problemlərə yeni baxışdan imtina, ticarət maneələri haqda məsələdə yumşalma, effektli antimühacir kursunu başa çatdırmaq bacarıqsızlığı səsləri ilə respublikaçının Ağ Evə seçildiyi mühafizəkar seçiçiləri məyus etmək gücündədir. Corc Soros altdan-altdan baş verən bu dəyişikliklərin simvolu olmaq üçün ideal simadır. Ən sağçı seçiciləri itirmək Donald Tramp üçün itki demək olardı və rəqibləri ona bu cür ziyan verməkdən qətiyyən imtina etməzdilər.
Strateq.az.
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR