Bakıda yol polisini döydülər - Kəllə və ayaq zərbələri ilə

img

04-05-2017 [16:07]


Bakıda yol polisi əməkdaşına qarşı zor tədbiq edilib.

"Report”un xəbərinə görə, hadisə paytaxtın Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Rəşad Şükürov avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı Vüqar Məmmədov tərəfindən saxlanılıb. R.Şükürov polis əməkdaşına qarşı zor tətbiq etməklə ona başı və ayağı ilə zərbə vuraraq hadisə yerindən qaçıb.

R.Şükürov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA