Lənkəranskinin qətlində iştirak edən killer öldürüldü

img

03-05-2017 [10:27]


Ötən ilin avqustunda qətlə yetirilən kriminal avtoritet Rövşən Lənkəranskinin qətlində şübhəli bilinən şəxs güllələnib.

"Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, sözügedən şəxs Cabir Həsənovdur. Rusiya mediası onun ölümünün müəmmalı olduğunu qeyd edir. Belə ki, aprelin 28-də Sankt-Peterburq şəhərində evinin yaxınlığında öldürülən 42 yaşlı Cümşü Həsənovun daha sonra Cabir Həsənov olduğu məlum olub.

Bundan başqa, məlumatlarda qeyd edilir ki, Həsənovun Rövşən Lənkəranskinin qətlində iştirak edənlərdən biri olduğu ehtimal edilir. Belə ki, Lənkəranski qətlə yetirilən zaman Cabir Həsənov Türkiyədə olub. Bu fakt onun pasportla bağlı qeydiyyatı araşdırılarkən məlum olub.

Qeyd edək ki, Cabir Həsənov Azərbaycanda yaşayarkən bir neçə dəfə həbsdə olub. Onun kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) yaxın adamı olduğu deyilir.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA