Pambıq tarlasında faciə - Qadın öldü

img

30-04-2017 [16:13]


Kürdəmir rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Mia.azLent.az-a istinadən xəbər verir ki, rayonun Qarasu kəndi yaxınlığındakı pambıq tarlasından 1956-cı ildə Ucar rayonunun Yuxarı Şilyan kəndində anadan olmuş Cəbrayılova Qızbəst Məhəddin qızının meyiti tapılıb. İlkin araşdırma zamanı qadının pambıq sahəsində işlədiyi və paltarının su motoruna ilişməsi nəticəsində ağır xəsarət alaraq öldüyü müəyyən edilib.

Faktla bağlı zəruri ekspertizalar təyin edilib, araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA