Mərahim Fərzəlibəyov oğlu ?Ən yaxzı rejissor? mükafatına layiq görülüb

img

06-07-2010 [05:09]


Gənc azərbaycanlı rejissor Samir Fərzəlibəyov İstanbulda fəaliyyət göstərən Avropa Qəzetçilər Dərnəyinin (AQD) keçirdiyi müsabiqədə ?Ən yaxşı rejissor? nominasiyasında qalib gələrək eyniadlı mükafata layiq görülüb. Qardaş ölkənin bu mükafatı həmyerlimizə özünəməxsus yaradıcılıq fəaliyyətinə görə verilib. Rejissor Samir Fərzəlibəyov bu münasibətlə iyulun 6-da mətbuat konfransı keçirib. Gənc rejissor son illər əldə etdiyi uğurlardan, yaradıcılıq planlarından danışmışdır. S.Fərzəlibəyov vurğulamışdır ki, hazırda qardaş ölkədə fəaliyyət göstərən bir çox firmalar tərəfindən dəvət almışdır. O, artıq bu təklifləri dəyərləndirdiyini bildirmişdir. Tədbirdə çıxış edən sənətkarın atası, tanınmış rejissor, Xalq Artisti Mərahim Fərzəlibəyov oğlunun uğurlarına sevindiyini söyləmişdir. Bildirmişdir ki, bu mükafat oğlunu daha da məsuliyyətli olmağa, öz üzərində inamla, yorulmadan çalışmağa sövq edir. Mətbuat konfransında diqqətə çatdırılmışdır ki, mükafatın təqdimatı mərasimində Türkiyənin siyasət, sənət, iş və media dünyasının tanınmış simaları bir araya gəlmişlər. Samir Fərzəlibəyova mükafatı Türkiyənin Avropa İttifaqı ilə danışıqlar üzrə dövlət naziri Egemen Bağış təqdim etmişdir. Bildirilmişdir ki, müxtəlif nominasiyalar üzrə AQD-nin mükafatlarına Türkiyə Prezidenti Abdullah Gül, dövlət naziri Egemen Bağış, eləcə də sənət dünyasında tanınmış simalar Müazzəz Ersoy, şoumen Beyaz, populyar müğənni Sıla, Səlami Şahin, ?Babutsa? qrupu, Soner Sarikabadayi, aktyor Ozan Güven, ?Ezel? seriali və bir sıra iş adamları, siyasətçilər, TV kanalları layiq görülmüşlər. Tədbirdə mükafatın təqdimat mərasimindən çəkilmiş videogörüntülər nümayiş etdirilmişdir. Qeyd edək ki, bu mükafat artıq 10 ildir ki, istedadlı insanlara verilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA