Musiqili Komediya Teatrı 100-cü mövsümünü baza vurub

img

13-07-2010 [02:39]


Şıxəli Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrı 100-cü yubiley mövsümünü başa vurub. Teatrın mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, yaradıcı kollektiv mövsümün bağlanış mərasimində Ramiz Mirişli və Marat Haqverdiyevin ?Amerikalı kürəkən? tamaşasını nümayiş etdirib. Tamaşanın rejissoru Xalq Artisti İlham Namiq Kamal, dirijoru Nazim Hacıəlibəyov, rəssamı Nabat Səmədovadır. Səhnə əsərində rolları Xalq Artistləri İlham Namiq Kamal, Arif Quliyev, Fatma Mahmudova, Əməkdar Artistlər Xanım Qafarova, Əkbər Əlizadə və başqaları ifa edib. Teatr mövsümü başa çatmasına baxmayaraq, hazırda kollektiv Üzeyir Hacıbəylinin ?Ər və arvad? tamaşası üzərində məşqləri davam etdirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA