Rusiya-Azərbaycan sərhədində yanğın - Hadisə yerinə helikopter göndərildi

img

27-04-2017 [10:27]


Rusiya-Azərbaycan sərhədində yerləşən Samur meşəsində yanğın başlayıb.

Mia.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Dağıstan ərazisində baş verib.

Dağıstan Fövqəladə Hallar Nazirliyi böyük yanğının qarşısını almaq üçün hadisə yerinə helikopter göndərib. Olay yerində artıq 50 nəfər və iki ədəd texnika işləyir.

Yanğın 2 hektar sahəni əhatə edir. Əsasən quru ot və kollar yanır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA