Azərbaycan Baş Prokurorluğundan Ukraynadakı iş adamlarımıza qarşı başlanan cinayətlə bağlı - Açıqlama

img

26-04-2017 [17:56]


"Bəzi kütləvi informasiya vasitələrində Ukrayna Prokurorluğunda Azərbaycan şirkətlərinə qarşı cinayət işinin başlanması barədə yayılan informasiyalarda göstərilən xüsusatların həqiqiliyi Azərbaycan Baş Prokurorluğu tərəfindən Xarici İşlər Nazirliyi ilə əlaqəli şəkildə araşdırılır".
 
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, göstərilənlərlə əlaqədar Ukrayna Baş Prokurorluğu ilə müzakirələr aparılır.
 
Qeyd edək ki, bəzi KİV-də yayılan məlumatlara görə, Ukrayna Təhlükəsizlik Xidmətinin təqdimatı əsasında bu ölkənin Baş Prokurorluğu Rusiya tərəfindən ilhaq olunmuş Krım bölgəsinin Yalta şəhərində keçirilmiş III Beynəlxalq İqtisadi Forumda iştirak edənlərlə bağlı istintaq hərəkətlərinə başlayıb.
 
İqtisadi forumun iştirakçıları Ukraynanın işğal altında olan ərazilərinə daxil olma qaydalarını pozmaqda təqsirli bilinirlər. Forumun iştirakçıları arasında Azərbaycanın 17 iri dövlət və şirkətlərinin nümayəndə heyəti də olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA