26-04-2017 [12:49]
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Şurası Parlament Assambleyasının Türkiyənin monitorinq altına qaytarılması barədə qərarını qəbul etmədiklərini, eyni zamanda ölkəsini təhdid edən PKK/YPG terrorçularına qarşı bundan sonra da sərt davranacaqlarını bəyan edib.
Mia.az xəbər verir ki, hazırda Özbəkistanda səfərdə olan nazir Mövlud Çavuşoğlu AŞPA-nın bu qərarının qəbuledilməz olduğunu bildirib.
Nazir AŞPA deputatlarını qərəzli, islama qarşı və PKK-ya dəstək olmaqda suşlayıb:
"Biz hər zaman AŞPA ilə dost və qarşılıqlı hörmət prinsipləri əsasında əməkdaşlıq etməyə maraqlı olmuşuq. Ancaq son zamanlar görünür ki, Avropanın bəzi ölkələrində islama olan baxış, irqçilik Avropanın bu qurumlarına da sirayət edib. Hələ bu qurumun deputatları arasında PKK terroristlərinə açıq dəstək verənlər də var. Sözsüz ki, belə deputatların qərəzli, tərəfli yanaşmaları əsasında qəbul edilən hər hansı qərarı qəbul etmirik. Heç bir qurum da Türkiyəyə qarşı belə təzyiq üsulları nəyəsə nail ola biləcəyini düşünməsin".
Çavuşoğlu türk qırıcılarının İraqın Sincan bölgəsində PKK/YPG ünsürlərini bombalamasına ABŞ-ın etiraz bəyanatına da cavab verib:
"ABŞ və mütəffiqlərimizi, o cümlədən Rusiyanı həmin bombalanmadan düz iki saat qabaq həm diplomatik, həm də hərbi kanallarla məlumatlandırmışıq. Bildirmişik ki, Sincandan Türkiyəyə, onun xalqına, təhlükəsizliyinə təhdid var və vurulacaq. Daha sonra gərəyi nədirsə, o da baş verib. Sincanda uğurlu əməliyyat keçirilib, terrorçular zərərsizləşdirilib. Bundan sonra yenə təhdid olacaqsa, yenə də harda olursa olsun, əməliyyat aparılacaq. Kimsə bu əməliyyatların qanunsuz olduğunu söyləməsin, bu, tam beynəlxalq hüquq çərçivəsində həyata keçirilib.
O ki qaldı həm İraqın, həm də Suriyanın ərazi bütövlüyü, süverenliyi məsələsinə, biz Türkiyə olaraq, bunu bütün ölkələrdən daha çox istəyirik. Ancaq biz ölkəmizin də təhlükəsizliyini qorumaqda görəvliyik. Bunu mütəffiqlərimiz bilməli, PKK-nın digər bir qolu olan terroristlərlə bağlı lazımi ölçü götürülməsində bizə dəstək verməlidirlər".
Nazir sonda bir daha bildirib ki, Türkiyənin təhlükəsizliyinə təhdid olan hər hansı bir həmləyə bundan sonra da sərt cavab verəcəklər.
Mia.az
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN