Daxili İşlər Nazirliyindən qətlə yetirilən filial direktoru haqda - Açıqlama

img

25-04-2017 [11:21]


Daxili İşlər Nazirliyi (DİN) "Azərsığorta" dövlət şığorta şirkətinin Tovuz filialının direktoru Raya Bayramovanın qətli ilə bağlı məlumat yayıb.
 
Nazirliyin verdiyi məlumata görə, aprelin 22-də Tovuz şəhər sakini Vahid Bayramov Rayon Polis Şöbəsinə müraciət edərək aprelin 20-də bacısı Raya Bayramovanın evdən çıxmasını və geri qayıtmamasını bildirib.

Görülən tədbirlərlə R.Bayramovanın baş nahiyəsində xəsarəti olan meyiti müdiri olduğu Tovuz Dövlət Sığorta İdarəsinin inzibati binasında tapılıb.
 
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən həmin idarədə mühasib işləyən şəhər sakini Vidadi Vəliyev tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA