Məmurla sevqili olduğu deyilən Samirədən etiraf: "Həyatımda sevqi var..."

img

24-04-2017 [13:54]


Keçmiş aparıcı Yeniçağ.az-a  maraqlı müsahibə verib.

Mia.az həmin müsahibəni oxuculara təqdim edir:

– Haqqında xəbərlər yayılıb ki, qadın klubu açmısan, maliyyələşdirən də məmur sevgilindir…

– Xahiş edirəm, məndən əl çəksinlər. Mən artıq məşhur deyiləm. Televiziyada çalışmıram. Qoyun sakitcə evimdə oturub balamı böyüdüm. Bezmişəm bu söhbətlərdən, nə qədər olar axı? "Samirə boşandı”, "Samirə özünə iş qurdu”… İnsanlar niyə mənimlə bu qədər uğraşır axı. Mən istəsəydim, televiziyada da işləyərdim, saytda da, başqa yerlərdə də. Bütün qapılar da üzümə açıqdır, amma özüm istəmirəm. Məni sakit buraxın.

– Klub açmaq xəbəri yalandır ki?

– Mən qazanıb yaşamalıyam. Təbii ki, öz adıma və fakturama uyğun şəkildə. Amma elə sözlər adamı iyrəndirir.

– Məmurla sevgili olduğun deyilir, doğrudurmu?

– Belə söhbət eşitməmişəm, sadəcə olaraq Vergilər Nazirliyində işə düzəlməyim barədə yazırlar.

– Yox, sevgili olduğun deyilir və bu xəbərlər yayılıb. Hətta sənə o adamın klub açdığı da bildirilir.

– Belə şeylər yoxdur.

– Klubun açılması xəbəri yalan deyil axı. Hətta şou-biznes əhli də o kluba gedib-gəlir…

– Mən o klubu yaxın rəfiqəmlə açmışam və əziyyəti də birgə çəkirik. İcarə və digər maliyyə xərclərini nəzərdə tuturam. Bu ilk işim deyil, mən televiziyada çalışanda da bu klubu işlədirdik. Sadəcə, əvvəl başqa məkanda idi. Mənim işləməyə haqqım yoxdur ki?

– Boşanmaq xəbərin barədə xəbərlərə də aydınlıq gətirməyini xahiş edirəm. Bu xəbər doğrudurmu?

– Bu mövzu bağlanıb axı.

– Açıqdı hələ. Bu xəbəri heç vaxt öz dilindən eşitməmişik…

– Bu, mənim şəxsi həyatımdır. Mənim uşağım və uşağımın atası var. Vaqif qızımın atasıdır. İkinci dəfə ailə qurmaq sözünü dilimə də gətirmərəm. Çünki övladım var.

– Bəlkə məmur sevgilinin olması ilə də bağlı söhbətə nöqtə qoyasan?

– Allaha and olsun, Quran haqqı belə şey yoxdur. Mənə gülməli gəlir. Qaldı ki, sevgiyə… Küçədən keçən qadından da soruşsan deyəcək ki, həyatımda sevgi var. İndi belə söhbətləri müzakirə etməyin yeri yoxdur. Bu saat mənim başım o kluba qarışıb. Belə söz-söhbətlər məni bezdirir. Mənim kimisə sevməyə nə vaxtım, nə də halım yoxdur. Yazırlar sevgilisi məmurdur. Ay xanım, mən işə taksi ilə gedib-gəlirəm ey…

– Maşının hanı?

– Maşınımı satmışam. Maşın mənim üçün önəmli deyil. Taksi ilə gedib gəlirəm, bundan əziyyət də çəkmirəm.

– Yəni deyirsən, məmur sevgilin olsaydı, yarımmilyonluq maşında gəzərdin?

– Əlbəttə, maşınım da olardı, hər şeyim də. Gülməyim gəlir belə şeylərə...


Digər xəbərlər
SON XƏBƏRLƏR