“Baron” ləqəbi şəxs tutuldu - Hacıqabulda polis əməliyyatı

img

23-04-2017 [14:04]


Hacıqabulda "Baron” ləqəbi ilə tanınan narkotik alverçisi tutulub.

Lent.az Xəzər TV-yə istinadən xəbər verir ki, rayon sakini İbrahim Abasov narkotik maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün saxlanılıb. 

Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri çərçivəsində onun üzərinə baxış keçirilən zaman kibrit qutularına yığılmış 10 qrama yaxın marixuana aşkar edilərək götürülüb.

Onun evindən isə bir kiloqramdan artıq narkotik vasitə olan qurudulmuş marixuana tapılıb. Faktla bağlı Hacıqabul Polis Şöbəsində araşdırma aparılır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA