21-04-2017 [11:50]
Müğənni, biznes-ledi Ruhinin (Ruhiyyə Əliyeva) həyatında yeni bir səhifə açılıb. Sənətçinin uşaqlarının atası, Rusiya prezidenti Vladimir Putinin dostu kimi tanınan azərbaycanlı oliqarx-professor İlham Rəhimovla barışdığı xəbəri yayılıb.
1 milyonluq ev, "Lexus” və...
Keçmiş cütlüklərin ulduzu yenidən qoşalaşıb və küsülülüyə son qoyulub.
Deyilənə görə, bu barışıq Ruhi və uşaqları üçün düşərli olub. Belə ki, İ.Rəhimovun övladlarına sahib çıxdığı, onları bahalı bağçaya qoyduğu, şəhərin mərkəzində hərəsinə bir mənzil aldığı xəbər verilir.
Bu mənzillərə təxminən 1 milyon pul xərcləyən milyarder professorun Ruhini də hədiyyəsiz qoymadığı, ona son model "Lexus” markalı avtomobil hədiyyə etdiyi bildirilir.
Yada salaq ki, onlar uzun müddət vətəndaş nikahında yaşayıblar və sonradan ayrılıblar. Bunun səbəbləri barədə bir qədər sonra...
Tərəflərin barışmasına gəlincə, RuhiBakiPost.az-a bununla bağlı açıqlama vermək istəməyib.
Uşaqlar heç vaxt görmədikləri atanı necə tanıdılar?
Oxucularımızın bəzilərinə bəlli olduğu kimi, müğənni ilə milyarderin münasibətlərinin qurulması və onların ayrılmasının çox maraqlı tarixçəsi var.
Əvvəla İ.Rəhimovla R.Əliyeva həmyerlidirlər. Müğənni 1977-ci il, martın 8-də Tovuzun Aşağıeyyublu kəndində dünyaya göz açıb.
Yeri gəlmişkən, münasibətlərinin olduğu illərdə hər 8 mart Ruhi üçün xüsusi keçirmiş. Həm doğum günü, həm xanımlar günü münasibəti ilə Putinin dostu Ruhini ən bahalı hədiyyələrə qərq edirmiş...
İ.Rəhimov özü isə 1951-ci il, yanvarın 14-də Tovuzda doğulub. Onların arasında 26 yaş fərqi var.
Görüş belə baş tutub...
BakiPost.azata İlham Rəhimovun doğulandan bəri üzlərini görmədiyi 6 yaşlı oğulları ilə ilk görüşü barədə olduqca maraqlı məlumatlar öyrənib. Məlum olub ki, bir müddət əvvəl İ.Rəhimovun qohumlarından biri hansısa məclisdə uşaqları görür və onların şəklini çəkərək professora çatdırır. İ.Rəhimov fotoları görər-görməz heyrətlənir, professor uşaqların ona həddindən artıq çox oxşadığını deyir.
Guya, elə məhz bu nüans onu yumşaldıb, necə deyərlər, ürəyinin "sarı simi”nə toxunub. Odur ki, bu hadisədən sonra Ruhidən uşaqları onunla görüşdürməsini xahiş edir.
Və... bu görüş baş tutur. Görüşdə əkizlər atalarınıdərhaltanıyırlar. Bu, onların hər gün şəklini gördüyü adamdır...
Bundan sonra uşaqlarla görüş intensiv xarakter alır. Bu əsnada yaranmış fürsət Ruhi ilə İ.Rəhimovun əlaqələrini yeni məcraya yönəldir və onlar barışmağa qərar verirlər. Davamında isə professor uşaqları himayəsinə götürmək qərarına gəlir.
İndi onların bir ailə şəklində yaşayıb-yaşamadığı haqda müfəssəl məlumat olmasa da, tez-tez görüşdükləri xəbər verilir.
Bu ayrılıq nədən oldu? - Dosye
İ.Rəhimovla Ruhi uzun müddət vətəndaş nikahında yaşayıblar. Böyük sərvət, bahalı həyat, dünyanın ən füsünkar guşələrinə səyahət... və s.
Ancaq bütün bu dəbdəbəli, lüks həyat tərzi müğənni ilə milyarderi heç cür tam şəkildə xoşbəxt edə bilmir. Səbəb cütlüklərin övladlarının olmamasıdır.
Qaynağımız bildirir ki, cütlük övlad sahibi olmaq üçün dünyanın hər yerində şəfa axtarır. Hər dəfə də ümidsiz, üzücü xəbərlər alırlar.
Lakin padşahın nağıllarında olduğu kimi, illər sonra gözlənilmədən Ruhi hamilə qalır. Bu xəbər onları şoka salmaya bilməzdi.
Amma elə gözlənilmədən də Ruhi bu şad xəbərin mükafatını ala bilmir. Cəmi iki ay sonra müğənni ilə milyarderin yolları ayrılır.
Qeyri-müəyyən səbəbdən İ.Rəhimov Ruhinin hamiləliyinə inanmır.
Hətta onlar ayrılandan sonra professora yaxın çevrədən mətbuata ötürülməsi şübhə doğurmayan məlumatlarda Ruhinin uşağa qalmasının mümkün olmadığı bildirilirdi. Amma bu informasiyalar özünü doğrultmur və Ruhi əkiz oğlan dünyaya gətirir.
Həmin ərəfədə İ.Rəhimovun onu tək qoyması, Ruhiyə qarşı hətta düşmən mövqeyində dayanması, bu azmış kimi, o dövrün ciddi siyasi fiqurlarından olan deputat Rəbiyyət Aslanova ilə rəsmən evlənməsi müğənnini çox ciddi çətinliklərlə üzləşdirir.
Mətbuatda gedən yazılar, ətrafın münasibətindən o, həyatının və doğulacaq körpələrinin təhlükədə olduğu qənaətinə gəlir. Buna görə də Türkiyəyə gedərək, heç kimin bilmədiyi bir ünvanda yaşayır və uşaqlarını orada dünyaya gətirir.
Təbii ki, dövrün ciddi siyasi qanadlarından birində təmsil olunan R.Aslanova və Kremldə ən yüksək əlaqələrə malik İ.Rəhimov qarşısında, onların gözlənilən təzyiq və təhdidləri önündə bir müğənninin tab gətirməsi absurd olardı. Ona görə də İ.Rəhimovun onun hamiləliyinə inanmadığı halda, Türkiyəyə gedərək orada əkizləri doğur.
Ən maraqlısı isə belə bir məqamda müğənninin uşaqlarına ata babalarının adını qoymasıdır.
Belə ki, İ.Rəhimovun atasının adı Məhəmmədhəsən olub və hazırda əkizlərdən biri Məhəmməd, digəri Həsən adını daşıyır. Hətta cütlüklərin ayrılmasına baxmayaraq, uşaqlar gözünü açandan heç vaxt görmədikləri atalarını tanıyıblar.
Bunun üçün Ruhi qəribə bir jest edib. O, uşaqların otağına İ.Rəhimovun portretini asıb və onlara bu insanın kim olduğunu izah edib. Ona görə də uşaqları ataları ilə 6 yaşlarında ilk dəfə görüşəndə onu dərhal tanıyıblar...
Rəbiyyət Aslanova ilə siyasi nikahın sirri
Bir daha qeyd edək ki, belə bir çətin vəziyyətdə - hamilə olduğu halda milyarderin gənc, gözəl qadını atıb getməsinə, 66 yaşlı R.Aslanova ilə evlənməsinə baxmayaraq, Ruhi bu günə qədər uşaqlarının atası kimi professoru təqdim edib.
Ancaq bu işdə ən müəmmalı və sirr pərdəsi hələ də açılmayan məqam İ.Rəhimovun R.Aslanova ilə niyə evlənib, niyə tez bir zamanda boşanmasıdır.
Bəli, belə ehtimallar var idi ki, onların ailə qurması sırf siyasi addımdır. Yəni, Putinin dostu oğlu Prezident Administrasiyasında şöbə müdiri olan R.Aslanova ilə siyasi məqsədlərə çatmaq üçün evlənir.
Amma çox keçmədi ki, Nurçu qalmaqalı işində "vurulan” Elnur Aslanov vəzifədən getdi və ümumilikdə Aslanovlar çökdü və... həm də İ.Rəhimov Aslanovlarla vidalaşdı.
Amma hələ də mübhəm olaraq qalır ki, İ.Rəhimov R.Aslanova ilə evlilikdə hansı siyasi amallarına çatmaq istəyirmiş.
Varislərin savaşı
İndisə İ.Rəhimov təzədən Ruhiyə qayıdıb, uşaqlarını himayəsinə götürüb. Amma gələn informasiyalar deməyə əsas verir ki, bu vüsal çütlüyə yenə də tam xoşbəxtlik vəd etmir. Çünki ortada yeni bir konflikt ocağı yaranmaqdadır. Məsələ varislik uğrunda savaşdan gedir. Milyarderin birinci ailəsindən iki qızı var və İ.Rəhimovun varidatının hazırda varisləridir.
Ruhidən olan əkiz oğlanlar isə hələlik rəsmi şəkildə atalıq himayəsinə götürülməyib, əgər bu, baş verərsə, o halda milyarderin mirası üstündə həngamə qopacağı, varislik mübahisəsinin yaranacağı istisna edilmir.
Baxmayaraq ki, hələlik tərəflər arasında isti münasibətlər hökm sürür: varis qızlar Məhəmməd və Həsən kimi uşaqlara maraqlı tapıntı kimi baxırlar. Onlar ailəlikcə tez-tez görüşüb, məclislər qururlar. Ancaq həmin o şirin "kuklalar” rəsmi övladlığa götürüləndə, yəni varis olanda bu oyunun necə davam edəcəyini proqnozlaşdırmaq çox da çətin deyil...
bakipost
Türkiyədə daha bir mafiya çökəldilib - Lideri tutulub
ZIYANLI VƏRDIŞLƏR (III yazı)
Bu gün Füzuliyə daha 39 ailə köçürülüb
Ərdoğan Fatih Ərbakanı niyə çay içməyə dəvət etmədi? - İki partiya arasında "çat"lar dərinləşir (Açıqlama)
Ərdoğanla CHP lideri nələri müzakirə edəcək? - "Əsas məsələ sosial-iqtisadi problem olacaq"
Abşeronda daha bir qətl: ər 48 yaşlı arvadını öldürüb
Əl-Musrati üzr istədi: "...söz tapa bilmirəm”
Fatih Terim fitə basıldı, qəzəblənən məşqçi telefonunu yerə çırpdı - "Panatinaikos"un çempionluğu möcüzəyə qaldı
Baş nazir: "İlin sonunadək Ukraynaya F-16 göndərəcəyik"
Qəzzada savaş: ölüm halları artıb
"Lester Siti" yenidən Premyer Liqaya dönüb
İsrail əsgərləri daha 15 fələstinlini həbs edib
Fransa derbisi: çempionu bəlli oldu
"Göztepe" Super Liqaya yüksəlib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BLİNKEN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ: nələr müzakirə olunub?
İki ağdamlı əmioğlu Odessanın boks çempionu oldu - FOTOLAR
"Qəbələ" Azərbaycan Premyer Liqasını tərk edib
Sədərək rayonunda sursat partlayıb - 2 nəfər həlak olub
Bu gün magistraturalara qəbul imtahanı keçirilib (Yenilənib)
Sabah isti hava olacaq
Zaqatalada çayxana sahibi blçaqlanıb
Ağdamda daha bir mina partlayışı: yaralı var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şair-publisist Namiq Hacıheydərli vəfat edib
Bilik və bacarığını nəticəyönümlü fəaliyyətə çevirən müəllim... - Yeni layihə (FOTOLAR)
Hikmət Hacıyev: "Azərbaycanın mülki əhalisi, demək olar ki..."
Abşeronda içki məclisində dava: dost dostunu öldürdü və...
ALİ MƏHKƏMƏ HAKİMİNDƏN ŞOK HƏRƏKƏT: evində canına qıyıb
“Toplum TV”nin daha bir əməkdaşı saxlanılıb? - DİN-dən açıqlama
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
PREZİDENT ONLAR HAQDA SƏRƏNCAM İMZALADI - Siyahı
Rektordan maraqlı təyinat - ”Mercedes-Benz"in keçmiş işçisini özünə müşavir götürüb
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb - 3 qurum birgə məlumat yaydı
Laçının Sus kəndinə 59 ailə köçürülür - Püşk atıldı (FOTOLAR)
Sabahın hava proqnozu açıqlandı
Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb
DEPUTATA SUİ-QƏSD İŞİ: "Fazil Mustafanı dini çıxışlarına görə cəzalandırmaq istəyirdik" - Məhkəmə prosesi
"Azəriqaz" İB-də ikibaşlı oyun: imtahandan keçən xanıma ögey münasibət etiraz doğurdu, qurum rəsmisi reaksiya verdi
İTV-də dəyişiklik - Aparat rəhbəri Baş direktor müavini təyin olunub
Salyanda avtomobil və mal oğrusu tutulub
Xankəndidə silah və sursatlar aşkarlanıb
Bakcell ilə innovasiya dövrü başladı - FOTOLAR
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı