Müğənni Samir Piriyevin bozanma səbəbləri açıqlandı

img

03-07-2010 [03:20]


"Guya bacım Yeganə Samir Piriyevdən boşanandan sonra ərə gedəcək. Hətta mənim adımdan gizli nömrələrlə zəng vurub tanış - bilişi 16 iyulda "Sərin" restoranına toya dəvət edirlər. Artıq bu son həddir. Bu işlə hüquq - mühafizə orqanları məşğul olacaq". Bu sözləri ANS PRESS-ə açıqlamasında Samir Piriyevin hazırda boşanma prosesində olduğu həyat yoldaşı Yeganənin qardaşı Emin Mansurov deyib. Yerli mətbuatın yazdığına görə, Samir Piriyevin həyat yoldaşı Yeganə 16 iyulda müğənni Vüsal Hacıyevlə ailə quracaq. Yeganənin qardaşı, "MM Prodakşın"ın rəhbəri Emin Mansurov bacısının nəinki Vüsalla evlənəcəyini, ümumiyyətlə 16 iyulda ərə getməyə hazırlaşmadığını deyir: "Etiraf etmək çətin olsa da, bu söhbətlərin öz içimizdən məqsədli olaraq yayıldığını bilirik. Məhz bu söz-söhbətlərlə bacımın ailəsini dağıtdılar. Guya bacım Samirlə evli olduğu zamanlarda Vüsalla münasibəti olub. İndi də Samirdən boşanan kimi ona ərə gedir. Bu dəhşətdir. Mənim bacım dindar xanımdır, mömünə qadını ləkələmək istəyirlər". "Niyə məhz Vüsal Hacıyev?", sualımıza Emin Mansurov belə aydınlıq gətirdi: "Samirlə ailə quranadək Yeganəni çox istəyənlər olub, onlardan da biri Vüsaldır. Vüsalgilin ailəsi dəfələrlə bizə elçi gəliblər, verməmişik. Vüsal pis oğlan deyil, amma o vaxt çox gənc idi. Nə isə ailəlikcə məsləhət görmədik. Yeganə həmişə ailənin, qardaşlarının qərarları ilə razılaşan qız olub. Əlbəttə ki, biz hər zaman onun xoşbəxtliyini istəmişik. Bacımın Samirə ərə getməsinin təşəbbüskarı mən olmuşam. Onu yaxşı oğlan kimi tanımışam, indi də o fikirdəyəm". Emin Mansurov bacısının Samir Piriyevlə boşanma səbəbini də açıqladı: "Samir birdən - birə bacıma dedi ki, Türkiyəyə köçək. Yeganə də buna razı olmadı. Çünki, Samir ilin çox hissəsini Azərbaycanda olur, burada toylara gedir. Türkiyəyə əsasən mayda, Ramazan və Məhərrəm aylarında gedir. Belə olan halda bacım buna razı ola bilməzdi. Bacım evini atıb Türkiyəyə niyə getməlidir?" Qeyd edək ki, bir övladı olan cütlüyün boşanması barədə məhkəmənin son qərarının iyulun 7-də çıxacağı gözlənilir. Samir Piriyevin də 12 iyulda ikinci dəfə evlənəcəyi deyilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR