"Min bir Gecə Nağılları" erotik imicindən xilas oldu

img

10-06-2010 [12:12]


Misirdə "Min bir Gecə Nağılları" kitabının qadağan edilməsi üçün qaldırılan məhkəmə iddiası rədd edilib. İddiada kitabın əxlaqa uyğun olmadığı əsas gətirilib. "Əl Ərəbiyə" agentliyinin xəbərinə görə, dövlət ittihamçısı Abdülməcid Mahmud isə sənətçilərə ilham qaynağı olan bu nağılların əsrlərdir heç bir problem olmadan nümayiş olunduğunu bildirərək iddianı qəbul etməyib. Qeyd edək ki, özlərinə "Sərhəd Tanımayan Vəkillər" deyən bir qrup vəkil, kitabda "əxlaqsızlıq və günah"ın təbliğ olunduğunu əsas gətirərək yenidən nəşrinə qadağa qoyulmasını irəli sürmüşdü. Min bir gecə - Yaxın Şərq xalqlarının min illərdən bəri yaratdıqları və çoxsaylı müəllif, tərcüməçi və tətqiqatçılar tərəfindən toplanmış nağıllar toplusudur. Orijinal əlyazmasının heç vaxt tapılmamasına baxmayaraq bu nağıllar toplusunun bizim eranın 800-900-cü illərinə aid olduğu söylənilir. Nağıllar bir qayda olaraq Şəhrizadə tərəfindən əri və şahı Şəhriyara min bir gecəlik zaman müddətində nəql edilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA