Bakıda fəhlə tikintisi gedən binadan yıxılaraq öldü

img

19-04-2017 [19:30]


Bakıda bina tikintisi zamanı fəhlə yıxılaraq ölüb.

"Report”un xəbərinə görə, hadisə paytaxtın Xətai rayonu, N.Tusi küçəsində qeydə alınıb.

Orada tikilməkdə olan binada fəhlə işləyən 1984-cü il təvəllüdlü Şəhriyar Əliyev binanın beşinci mərtəbəsindəki liftin şaxtasından yıxılaraq ölüb.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

Qeyd edək ki, həmin bina "Amal” MTK tərəfindən inşa edilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA