Bakıda qadın sevgilisi tərəfindən bıçaqlandı - Kafedə

img

19-04-2017 [10:02]


Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Mia.az teleqraf.com-a istinadən xəbər verir ki, hadisə rayonun Ə.Məmmədəliyev küçəsində yerləşən kafedə qeydə alınıb.

Kafedə 1984-cü il təvəllüdlü Tərgül Hümbətəliyeva bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, Tərgül Hümbətəliyeva kafedə sevgilisi tərəfindən bıçaqlanıb. Hadisə qısqanclıq zəminində baş verdiyi bildirilir.

Tərgül Hümbətəliyeva həmin kafedə xidmətçi işləyirmiş.

Faktla bağla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA