"Cərimələrin maksimum həddi iki dəfə artırılır" - Dəyişiklik

img

18-04-2017 [21:47]


Azərbaycanda cinayətə görə tətbiq olunan cərimələrin maksimum həddi iki dəfə artırılır.

Bununla bağlı Cinayət Məcəlləsinin 44-cü (Cərimə) maddəsinə dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, "Cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla on min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda müəyyən olunur” cümləsində "on min manat” sözü "iyirmi min manat” sözü ilə əvəz edilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 25-də müzakirəyə çıxarılacaq. 

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA