Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs yanaraq ölüb - Məhkəmə prosesi

img

17-04-2017 [14:26]


Bir neçə gün əvvəl Bakıda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yanaraq ölən şəxslərdən birinin ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işində zərərçəkmiş kimi tanındığı müəyyənləşib.
 
APA-nın məlumatına görə, hadisədə ölən Quliyev Gülağa Məhərrəm oğlu digər zərərçəkmiş Namiq Orucovun sürücüsü olub. 

Ötən iclasda ifadə verən G .Quliyev bildirib ki, 2015-ci ildə N. Orucovu İlham Qasımovun bacısı oğlunun toyuna aparıb. Orda dava düşdüyünü və saxlanıldığını deyən G. Quliyev daha sonra günahsız olduğu üçün buraxıldığını söyləyib.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi aprelin 14-də Zığ-Aeroport yolunda baş verib. Bakı şəhər sakini Sadiq Edilov idarə etdiyi "Kia” markalı avtomobili qarşıda gedən paytaxt sakini Gülağa Quliyevin idarə etdiyi "VAZ-2104” markalı avtomobilə vurub və "VAZ” markalı avtomobildə yanğın baş verib. Nəticədə G. Quliyev və sərnişinləri, paytaxt sakinləri - Narif Sadıxovla qardaşı Elçin hadisə yerində ölüblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA