Azərbaycanda biznesmen özünü asdı: Borca görə intihar

img

16-04-2017 [13:08]


Abşeron rayonunda intihar hadisəsi baş verib.

Mia.az Lent.az-a istinadən xəbər verir ki, aprelin 15-də Xırdalan şəhəri İslam Səfərli küçəsində yaşayan 1971-ci il təvəllüdlü Abdullayev Fərman Rəhman oğlu yaşadığı evdə özünü asıb. Onun meyitini ailə üzvləri tapıb.

Bildirilir ki, F.Abdullayev tikinti materiallarının alqı-satqısı ilə məşğul olurmuş və "Eurohome” tikinti materialları bazarında işləyirmiş. İş adamının son vaxtlarda xeyli borcu yaranıb və problemdən çıxmağa çalışırmış. O, intihardan əvvəl məktub yazıb.

Faktla bağlı cinayət işi başlanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA