"Qarabağ" Makedoniyanın "Metalurq" klubunu darmadağın etdi

img

01-07-2010 [11:44]


Bu gün UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin oyunlarına start verilib. Cari mövsümdə Unibank Premyer Liqasının bürünc medallarını qazanaraq bu yarışda iştirak etmək hüququ əldə etmiş "Qarabağ" bu gün ilk oyununu keçirib. "Qarabağ" Makedoniyanın "Metalurq" klubu ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ" - "Metalurq" oyunu təmsilçimizin qələbəsi ilə başa çatıb. Təmsilçimizin vurduğu 4 qol əvəzində Makedoniya klubu cəmi 1 təsəlli qolunu vura bilib. Matçda ilk qolu 25-ci dəqiqədə Rəşad Sadıqov vurub. Ərfan İsmayılovun 45-ci dəqiqədə vurduğu qoldan sonra ?Qarabağ? fasiləyə 2:0 üstünlüklə yollanıb. 51-ci dəqiqədə növbəti kobudluğuna görə Admir Telinin qırmızı kart alması komandamızın azlıqda qalması ilə nəticələnib. Buna baxmayaraq 84-cü dəqiqədə və ikinci hissəyə əlavə edilmiş vaxtda Emin İmaməliyev və Georgi Adamiyanın qolları ?Qarabağ?ı hesabda 4:0 önə çıxarıb. Qarşılaşmanın sonuncu dəqiqəsində isə ?Metallurq? təmsilçisi M.Simonovski vurulan qollardan birinin əvəzini çıxa bilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA