Qurban Qurbanov: ?Transfer məsələlərinə olduqca həssas yanazırıq?

img

31-05-2010 [02:57]


?Ötən mövsümün ilk dövrəsində legioner kimi sadəcə Admir Telinin, ikinci dövrədə isə Georgi Adamiyanin xidmətindən yararlandıq. Gürcünü Azərbaycan futbolu üçün yad sima hesab etmək olmaz. Artıq ?Qarabağ?ın bəlli sistemi müəyyənləşib. Klubumuz yerli futbolçularla yanaşı, gənclərə üstünlük verilməsi siyasətinə sadiq qalıb?. Qol.Az-ın Ağdam klubunun rəsmi internet saytına istinadən məlumatına görə, bu sözləri ?Qarabağ?ın baş məşqçisi Qurban Qurbanov deyib. Ağdamlıların gənc çalışdırıcısı yeni mövsümöncəsi fikirlərini açıqlayarkən, yenə də öz siyasətlərinə sadiq qalacaqlarını bəyan edib: ?Qarşıdan gələn mövsümdə də yolumuzu davam etdirəcəyik. Heyətimizdə ciddi dəyişiklik etmək niyyətimiz yoxdu. Təbii ki, heyətə yeni adlar qatmaq niyyətindəyik. Amma biz transfer məsələlərinə olduqca həssas yanaşırıq. Komandada görmək istədiyimiz bəzi gənc futbolçular var. Onlarla yanaşı yeni legionerlər də görməyimiz mümkündür. Hansı mövqeyə transfer etməyimizi planlaşdırmışıq. Amma yenə də qeyd etmək istəyirəm ki, biz trasnfer siyasəti zamanı yanlışlığa yol vermək istəmirik. ?Qarabağ?a və Azərbaycan futboluna maksimum fayda verəcək futbolçular əldə etməyə çalışacağıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA