Jurnalisti həyat yoldaşının yanında güllələdilər

img

15-04-2017 [10:48]


Meksikada növbəti jurnalistin öldürülməsi faktı qeydə alınıb.

Trend-n RİA Novosti-yə istinadən verdiyi məluamata görə, Meksikalı jurnalist Maksimino Rodriges Palasios Aşağı Cənubi Kaliforniya ştatının La-Pas şəhərində ötən gün naməlum şəxslər tərəfindən öldürülüb.

Palasios, işlədiyi Colectivo Pericu internet nəşrinin məlumatına görə, ticarət mərkəzinin dayanacağında öz avtomobilini saxladığı zaman güllələnib. Onunla birlikdə maşında onun həyat yoldaşı olsa da, o, xəsarət almayıb.

Qeyd edək ki, Palasios bu il Meksikada öldürülən artıq dördüncü KİV nümayəndəsidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA