Onu maşın vurub – DYP əhaliyə müraciət etdi (FOTO 16 +)

img

14-04-2017 [17:21]


Aprelin 13-də, gecə saat 00:10 radələrində Bakı-Sumqayıt yolunda ağır yol qəzası baş verib. 

DYP-nin Saray postunun yaxınlığında avtomobil təxminən 30-40 yaşlarında olan kişini vurarub. Fotoda gördüyünüz şəxs hadisə yerindəcə keçinib. Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, mərhumun qabaq yuxarı dişləri qızıldır. Əynində qara gödəkçə olub. Üzərində heç bir sənəd olmadığı üçün onun kimliyini müəyyən etmək mümkün olmayıb. Həmin şəxsi tanıyanlardan xahiş olunur ki, Baş Dövlət Yol Polisi İdarəsinin 902 qaynar xəttinə, yaxud da Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat versinlər.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA