?Leyli və Məcnun? və ?Şah ismayıl? operaları açıq havada

img

01-07-2010 [12:33]


?İpək yolu? I Beynəlxalq Musiqi Festivalının dördüncü günü Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdim etdiyi Üzeyir Hacıbəylinin ?Leyli və Məcnun? və Müslüm Maqomayevin ?Şah İsmayıl? tamaşaları ilə yaddaqalan olub. ?Yuxarı Karvansaray? tarixi-memarlıq abidəsinin həyətində keçirilən tədbiri açan Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyev Bəstəkarlar İttifaqının Şəki Şəhər İcra Hakimiyyəti ilə birgə həyata keçirdikləri bu layihəni yüksək qiymətləndirmiş, festivalın işinə uğurlar arzulamışdır. Teatrın rəhbəri bildirmişdir ki, Azərbaycanda I Beynəlxalq Muğam Festivalı keçirilərkən muğam operalarımızdan olan ?Leyli və Məcnun?, ?Şah İsmayıl? və ?Aşıq Qərib? əsərlərindən kompozisiyalar qurulmuşdur. Bu kompozisiyalar həm azərbaycanlı, həm də xarici tamaşaçılar tərəfindən çox yüksək qarşılanmışdır. Bu gün isə biz ?Leyli və Məcnun? və ?Şah İsmayıl? operalarını tamaşaçılara bir az başqa formada - kompozisiya formasında təqdim edəcəyik. Düşünürəm ki, bu proqram gələcəkdə də davam etdiriləcək və daha möhtəşəm formada xarici ölkə tamaşaçılarına çatdırılacaqdır. Hafiz Quliyev bildirmişdir ki, 100 ildən artıqdır ki, bu tamaşalar oynanılır. İndiyədək bu tamaşalar istər Azərbaycanda, istərsə də xaricdə yalnız teatrların səhnələrində göstərilmişdir. Lakin bu tamaşalar ilk dəfə məhz bu gün bu festuvalda, Şəkinin qədim memarlıq abidəsi olan ?Yuxarı Karvansaray? abidəsinin həyətində açıq havada tamaşaçılara təqdim olunacaqdır. Sonra tədbir iştirakçıları M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdim etdiyi Üzeyir Hacıbəylinin ?Leyli və Məcnun? və Müslüm Maqomayevin ?Şah İsmayıl? operaları əsasında hazırlanmış tamaşalara baxmışlar. Tamaşaların quruluşçu rejissoru respublikanın əməkdar incəsənt xadimi Hafiz Quliyev, dirijor və xormeysteri əməkdar incəsənt xadimi Sevil Hacıyevadır. Konsertmeysterlər respublikanın əməkdar artistləri Məlahət İsamyılova (piano) və Elxan Mansurovdur (tar). Solistlər respublikanın xalq artisti Şahlar Quliyev, əməkdar artist Təyyar Bayramov, habelə İlkin Əhmədov, Vüsalə Musayeva, Arzu Əliyeva və İlahə Əfəndiyevadır. Böyük müvəffəqiyyətlə başa çatan tədbirin sonunda Hafiz Quliyevə, habelə solistlərə Şəki Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA