Müğənni Günel Məhərrəmovanın ilk albom təqdimatı qalmaqallı oldu

img

29-06-2010 [05:59]


?Azəri star? müsabiqsinin ilk qalibi, müğənni Günel Məhərrəmova 7 illik səhnə fəaliyyətindən sonra ?Sevmərəm? adlı ilk albomunu dinləyicilərin ixtiyarına verdi. Bu səbəbdən, sənətçi jurnalistləri və sənət dostlarını ?Neon? restoranına dəvət etdi. Qonaqlar və media əhli təyin olunan vədədə adıçəkilən məkana yığılsalar da, səbəbkar özü gəlib çxmaq bilmirdi. Öz tədbirinə saat yarım gecikdiyindən Günel xanım heç də gülər üzlə qarşılanmadı. Öncə üzr istəsə də, ?mən kimsəni buraya zorla dəvət etməmişəm, zorla da saxlamıram?, - deməklə o, bəzi jurnalistlərin böyük narazılığına səbəb oldu. Onlar öz iradlarını məclisi tərk etməklə bildirdilər. Bundan kefini əsla pozmayan Günel Məhərrəmova isə gedən jurnalistlərlə bağlı fikir söyləməkdən də çəkinmədi: ?Bizim bəzi jurnalistlər xaricdən gələn müğənniləri aeroportda saatlarla gözləyirlər, amma özümüzkülərə qarşı səbəbli-səbəbsiz çox kəskin mövqe tuturlar. Gecikməyimin səbəbi isə ?Yalan? adlı mahnıımın klipinin bu gün hazır olması idi. Onu gözləyirdim ki, tədbirdə albomla birgə təqdim edək?. Qeyd edək ki, G.Məhərrəmovanın ilk albomuna 13 mahnı daxil edilib. Onlar arasında İsmayıl Əsədov, Hatəm Nəbioğlu, Tunar Rəhmanoğlu, Elza İbrahimova, Ruslan Səfəroğlu və başqalarının mahnıları yer alıb. Səbəbkarı təbrik etməyə ?Azəri star? yarışmasının təsisçisi Kemal Cenk İçten, əməkdar artist Samir Cəfərov, Elza Seyidcahan, Gülyaz Məmmədova, meyxanaçı Ağamirzə, Rüfət Axundov və başqaları gəlmişdilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA