Generaldan məscidlə bağlı açıqlama: "Gərginlik yoxdur, qanun nə tələb edirsə, o da olacaq”

img

12-04-2017 [13:25]


"Bakının Yasamal rayonu "Sovetski” adlanan ərazidəki "Hacı Cavad" məscidinin heç bir qeydiyyatı yoxdur".
 
Bu barədə APA-ya açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov bildirib.
 
O qeyd edib ki, həmin ərazidəki bütün tikililər plana düşüb: "Məscid kimi fəaliyyət göstərən həmin tikili də plana düşənlər siyahısındadır. Tikilinin aqibəti ilə nə qərar qəbul ediləcəksə, o da olacaq”.
 
S. Bağırov sözügedən ərazidə gərginliyin artması barədə sosial şəbəkələrdə yayılan məlumatlara da münasibət bildirib: "Mən də həmin ərazidəydim, heç bir gərginlik yoxdur. Qanun nə tələb edirsə, o da olacaq”.
 
Qeyd edək ki, Bakının "Sovetski” adlanan ərazisindəki  "Hacı Əbdülrəhimbəy Qulubəyov" məscidi sökülüb, "Hacı Cavad" məscidinin isə sökülməsi nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:12 14.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA