DİN arvadını ev sahibi ilə tutan şəxslə bağlı MƏLUMAT YAYDI

img

11-04-2017 [12:42]


Daxili İşlər Nazirliyi (DİN) Bakıda ev sahibinin kirayənişin tərəfindən qətlə yetirilməsi barədə məlumat yayıb.

Nazirlikdən mia.az-a verilən məlumata görə, aprelin 10-da Bakı şəhər sakini Fial İsmayılov Suraxanı rayonunun Binə qəsəbəsindəki evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb.

Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən, həmin evdə kirayə yaşayan Gürcüstan vətəndaşı İlkin Əhmədov tutulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:12 14.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA