Polisi vurub silahını aldı, özünü güllələdi - Lənkəranda şok hadisə

img

11-04-2017 [10:42]


Lənkəranda kənd ambulatoriyasının baş həkiminin evinə basqın etməkdə şübhəli bilinərək saxlanılan şəxs özünü öldürüb.
 
APA-nın cənub bürosunun verdiyi məlumata görə, özünü güllələyən şəxs Lənkəran rayon Xolmili kənd sakini, 1977-ci il təvəllüdlü Hüseynov Fail Xudaverdi oğludur. Bildirilir ki, o, müvəqqəti saxlama məntəqəsində polis gözətçisinə xəsarət yetirərək silahını zorla alıb və özünü öldürüb.
 
Qeyd edək ki, ötən ay Xolmili kənd ambulatoriyasının baş həkimi, 1950-ci il təvəllüdlü Səfərov Vahab Xalıq oğlunun evə basqın edən şəxslər ona baş nahiyəsindən ağır xəsarət yetiriblər. Ağır vəziyyətdə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılan baş həkim Bakıya göndərilib. Bakıdakı xəstəxanalardan birində aldığı xəsarətdən ölüb.
 
R. Hüseynovun evə basqın edən şəxslərdən biri olduğu müəyyənləşib və o, həbs olunub.
 
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:12 14.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA