“İntim videonu yayacam” deyib 108 min aldı - Bakıda şok şantaj

img

10-04-2017 [18:58]


Bakıda kişini intim görüntüləri ilə şantaj edən şəxs ondan 108 min manat alıb.

Mia.az "Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, paytaxt sakini 34 yaşlı N.V. hüquq-mühafizə orqanlarına müraciət edərək şantaj olunduğunu bildirib.

Şikayətçinin sözlərinə görə, əvvəldən tanıdığı Samir adlı şəxs hədə-qorxu gələrək onun müxtəlif qadınlarla olan intim görüntülərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib və həmin görüntüləri yaymamaq müqabilində 100 min manat alıb. 

Bu ilin fevral ayında həmin şəxs N.V.-dan daha 8 min manat alıb.

Əlacsız qalan şəxs polisə müraciət edib. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:12 14.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA