Bakıda marşurut qəzaya düşdü - Yaralılar var

img

10-04-2017 [11:25]


Bakıda sərnişin avtobusu qəzaya düşüb.

"Report”un xəbərinə görə, hadisə Bakı Dairəvi Yolunun Yasamal rayonu hissəsinə düşən ərazisində qeydə alınıb. Məlumata görə, 77 saylı sərnişin avtobusu "Mitsubishi” markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində ümumilikdə 5 nəfər xəsarət alıb. Belə ki, avtobus sərnişinləri arasında xəsarət alan üç nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb. Avtomobilin yaralanan sərnişinləri isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:12 14.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA