Bakıda faciə - Ana və övladı doğuşda öldü

img

10-04-2017 [10:50]


Bakının Yasamal rayonunda doğuş zamanı ana və uşaq ölümü qeydə alınıb.

Mia.az Report-a istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Orucova Nuranə Səməd qızı Ak. Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Doğum şöbəsində dünyasını dəyişib.

Ana eyni zamanda övladını da itirib. N.Orucovanın meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə təhvil verilib.

Mərhumun yaxınları ana və övladının həkimlərin səhvi ucbatından öldüyünü iddia edirlər.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Araşdırma aparılır.




Digər xəbərlər
SON XƏBƏRLƏR
12:12 14.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA