Cəlilabadda kütləvi dava: 5 nəfər bıçaqlanıb - YENİLƏNİB

img

10-04-2017 [00:30]


Cəlilabad rayonunun Nar bağı adlanan ərazisində 20-dən çox şəxsin iştirakı iləkütləvi dava baş verib.

"Report"un Aran bürosunun xəbərinə görə, dava zamanı 5 nəfər bıçaqlanıb.

Bunlar rayon sakinləri Amid Möhsümov, Bəhruz və Pərviz Sahiboğlu qardaşları, Ruslan Əliyev və Asəf Yaqubovdur. İlkin məlumata görə xəsarət alanlar 17 nəfərdən ibarət bir qrup şəxs tərəfindən döyülərək bıçaqlanıblar. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan Ruslan Əliyevin vəziyyəti ağırdır.

***21:58/9 Aprel

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report”un Aran bürosu xəbər verir ki, bu gün axşam saatlarında hələlik adı məlum olmayan yerli sakin bıçaqlanıb.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:12 14.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA