İtən neftçilərdən birinin də meyiti tapıldı

img

07-04-2017 [11:35]


Qaradağ rayonu ərazisində dənizdən tapılan meyitin kimliyi müəyyənləşib.

Mia.az xəbər verir ki, meyit ötən ilin dekabrında N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinə məxsus estakadanın uçması nəticəsində ölən neftçi-operator Azay Zülfüqarova məxsusdur.

Azay Zülfüqarovun meyiti müayinə olunduqdan sonra ailəsinə təhvil veriləcək.

Qeyd edək ki, Azay Zülfüqarov eyni faciədə itkin düşən və meyiti martın 20-də tapılan 1965-ci il təvəllüdlü Güloğlan Zülfüqarovun qardaşıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:12 14.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA